Logo

ADPU-da Heydər Əliyevin elmi-siyasi irsinin öyrənilməsi üzrə məktəbin növbəti dərsi keçirilib - FOTOLAR

23.09.2022 18:14 249 baxış
IMG

“Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin növbəti - üçüncü dərsi keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən dərsdən əvvəl məktəbin müdavimləri ali təhsil ocağının Heydər Əliyev muzeyində ekskursiyada olublar.

Sonra keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara Allahdan rəhmət, qazilərimizə şəfa dilənib.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyəti barədə danışıb. 

Pedaqoji Universitetin rektoru, tarix elmləri doktoru professor Cəfər Cəfərov çıxışında Heydər Əliyev irsinin elmi, pedaqoji, siyasi baxımdan çox genişrakurslu olduğunu, bu irsin nə qədər araşdırılsa da, yenindən araşdırılmağa və yeni məlumatlar öyrənməyə kömək etdiyini xatırladaraq bildirib:

“Ulu öndər Heydər Əliyev hər zaman gənclərə xalqın gələcəyi kimi baxıb və onların yaxşı təhsil almasının vacibliyini vurğulayıb. Bu istiqamətdə də hər zaman böyük addımlar atıb. Bu məsələ Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də əsas istiqamətlərdən biridir. Son illərdə çox sayda gənc təhsil almaq üçün xarici ölkələrin qabaqcıl ali təhsil ocaqlarına göndərilib. Bütün bunlar Ulu Öndərin gənclərin xalq üçün yararlı şəxsiyyət olmasında təhsilə nə qədər önəm verdiyinin göstəricisidir”.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdir müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev, Əməkdar müəllim,”91-lər”in nümayəndəsi Allahverdi Hacıyev, ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev, “91-lər”in nümayəndəsi, professor Hacan Hacıyev və digərləri mövzu ətrafında fikirlərini bölüşüblər.

Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.

Xəbər lenti