Logo

Hansı uşaqlar koronavirusa daha tez yoluxur? - DİQQƏT

07.02.2021 15:28 1095 baxış
IMG

"Diqqət çatışmazlığı və hiperaktivlik sindromu"ndan əziyyət çəkən və müalicə almayan xəstələr 65 faiz daha çox koronavirusa yoluxur.

 

Tehsil.biz Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu səbəbdən də belə xəstələrə təyin edilmiş dərmanları kəsmək olmaz. Bu nəticəyə bir qrup israilli alim gəlib.

 

"Bu sindormdan əziyyət çəkən insanların koronavirusa yoluxma ehtimalı daha böyükdür. Bununla yanaşı biz bu xəstələri iki qrupa - sindromdan müalicə alanlar və almayanlara ayırsaq, maraqlı bir nəticə ortaya çıxır. Belə ki, terapiyaya davam edən şəxslərdə yoluxma riski az olur, müalicə olunmayan və dərmanları qəbul etməyən şəxslərdə isə bu risk 65 faiz yüksək olur", - deyə araşdırma müəllifləri qeyd edib.

 

"Leumi" tibbi sığorta fondunun 37 min xəstənin diaqnozlarını, keçmiş xəstəliklərini, laboratoriya məlumatlarını və alınan müalicə barədə məlumatları təhlil etməsi nəticəsində belə bir nəticə ortaya çıxıb.

 

Alimlərin fikrincə, pandemiya zamanı terapiyanı dayandırmamaq son dərəcə vacibdir.

 

"Problem ondadır ki, koronavirus zamanı məktəb olmadığı müddətdə sindromlu uşaqlara tez-tez dərman verilmir və ya terapiya davam etdirilmir. Belə dərmanlar sindromlu uşaqların inkişafı üçün faydalıdır. Məktəb olmadığı üçün terapiyanın dayandırılması səhvdir. Müalicə sabit olmalıdır. Lokdaun zamanı da, tətildə də, məktəb zamanı da müalicə davam etdirilməlidir", - deyə araşdırma müəllifi qeyd edib.

 

Mütəxəssislərin fikrincə, belə problemi olan uşaqlara cansıxıcı olsa belə, maska taxmaq izah edilməlidir.

 

Digər bir araşdırmaya görə isə D vitamini çatışmalığından əiyyət çəkənlər koronavirusa daha tez yoluxur.

 

D vitamini yetərincə olan insanlar isə virusa 60 faiz daha az tutulur.

Xəbər lenti