Logo

BDU tələbələri Yaponiyanın Qunma Universitetində təhsil alacaqlar

23.09.2022 19:26 243 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Regionşünaslıq (Yaponiya üzrə) ixtisasının III kurs tələbələri Mədinə Nuruşova, Nuray Rəsulzadə və Ülviyyə Nəzərova bir il ərzində Yaponiyanın Qunma Universitetində təhsil alacaqlar.

Tehsil.biz xəbər verir ki, bu, BDU ilə Qunma Universiteti arasında mövcud olan əməkdaşlıq müqaviləsinə əsasən həyata keçiriləcək.

Tələbələr bir il ərzində Qunma Universitetində yapon dili, Yaponiya tarixi və mədəniyyətini öyrənəcək, bu ölkənin adət-ənənələri və yaşayış tərzi ilə tanış olacaqlar.

Xəbər lenti