Logo

“Konvergensiya prosesi və hipermətn” mövzusunda vebinar keçiriləcək

23.09.2022 20:06 420 baxış
IMG

Sentyabrın 28-i saat 11:00-da Medianın İnkişafı Agentliyi və ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının birgə təşkilatçılığı ilə “Konvergensiya prosesi və hipermətn” mövzusunda vebinar keçiriləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, vebinarda spiker qismində Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova çıxış edəcək.

Vebinarın məqsədi konvergensiyanın strukturu, ənənəvi media ilə yeni media kommunikasiyası arasındakı ümumi konvergensiya sahələri, ümumilikdə konvergensiyanın müsbət və mənfi tərəfləri haqqında sualları cavablandırmaq, eləcə də media nümayəndələrinin, xüsusilə gənclərin konvergensiyanın əsas məhsullarından olan hipermətnlər və onun əsasını təşkil edən hiperlinklər barədə məlumatlandırılmasını təmin etməkdir. 

Qeyd edək ki, vebinarda dünya praktikasından olan ən uğurlu nümunələr və yerli mediada dərc olunan bu növ məhsullar haqqında məlumat veriləcək və müqayisələr aparılacaq.

Xəbər lenti