Logo

BDU-nun Şərqşünalıq fakültəsində Pakistanın Muslim İnstitutunun direktoru ilə görüş keçirilib

24.09.2022 09:45 251 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Pakistanın Muslim İnstitutunun direktoru, Cunaqat əyalətinin hazırki baş naziri, Beynəlxalq Sülh və İnkişaf İnstitutu tərəfindən (INSPAD) 2020-ci ildə “İlin ən nüfuzlu müsəlmanları” onluğuna daxil edilən Sultan Əhməd Əli Sahib ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, dekan müavinləri Nigar İsmayılzadə, Şahin Yusifli, fakültənin əməkdaşları və tələbələr iştirak ediblər.

Fakültənin dekanı Aydan Xəndan qonağa BDU-nun tarixi, burada həyata keçirilən tədris və elm prosesi, Şərqşünaslıq fakültəsinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

İran filologiyası kafedrasının müdiri Mehdi Kazımov Sultan Əhməd Əli Sahibi Şərqşünaslıq fakültəsində urdu dilinin tədrisi və perspektivləri ilə tanış edib. Məruzəçi görüşdə Azərbaycan-Pakistan ədəbi əlaqələrini qarşılıqlı şəkildə müqayisə edib.

Sultan Əhməd Əli Sahib görüşün sonunda fakültə tələbələrinin urdu dilində çıxışlarını dinləyib.

Xəbər lenti