Logo

Gömrük Komitəsinin zabiti və tələbənin yol qəzasında ölümü ilə bağlı cinayət işi başlanılıb

24.09.2022 11:06 331 baxış
IMG

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin zabiti və Dövlət Gömrük Akademiyasının tələbəsinin yol qəzasında ölümü ilə bağlı cinayət işi başlanılıb.

"Tehsil.biz"in məlumatına görə, hadisə sentyabrın 23-ü saat 14:30 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolu ilə hərəkətdə olarkən "Azərterminalkompleks" Birliyinin qarşısında qeydə alınıb.

Belə ki, Eyvazov Firdovsi Əliş oğlunun idarə etdiyi "KamAZ" markalı avtomobil piyada Əzizli Elvin Şahin oğlunu və Birliyinin Analitik Şöbəsində inspektor vəzifəsində işləyən, gömrük xidməti kiçik leytenantı Rəsulova Sevgi Arzu qızını vurub. Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsində 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti