Logo

Göygöldə itkin düşən məktəbli tapılıb - YENİLƏNİB

24.09.2022 11:21 267 baxış
IMG

Göygöldə itkin düşən məktəbli tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 2006-cı il təvəllüdlü Ələsgərli Həsən Əflatun oğlu polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılaraq ailəsinə təhvil verilib.

10:45

Göygöl rayonunda məktəbli itkin düşüb.

Tehsil.biz "Report"a istinadən xəbər verir ki, hadisə sentyabrın 21-i saat 13 radələrində rayonun Çaykənd kəndində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Ələsgərli Həsən Əflatun oğlu kənd ərazisində yerləşən, təhsil aldığı Kəlbəcər rayon 58 saylı tam orta məktəbdən dərsdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti