Logo

“Sabahın alimləri” müsabiqəsinin qalibləri Amerikaya gedəcəklər

24.09.2022 11:39 263 baxış
IMG

ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XII respublika müsabiqəsi keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan bildirilib.

Müsabiqə Azərbaycanda fəaliyyət göstərən məktəblərin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır. Müsabiqə çərçivəsində 8 (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) istiqamət üzrə elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması hədəflərdən biridir.

Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri qazanan Azərbaycan məktəbliləri ABŞ-da ISEF-də iştirak edəcəklər.

Xəbər lenti