Təhsil Tələbə Krediti Fondu Könüllü proqramı layihəsini elan edir.
Fonddan "Tehsil.biz"ə bildirilib ki, “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Təhsil Tələbə Krediti Fondunda ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir.
“Könüllü proqramı”na Azərbaycan dilində səlis yazan və danışan, 3-cü və 4-cü kurs bakalavr və yaxud magistr tələbələri, “MC Office” proqramlarında yaxşı səviyyədə işləmək, ünsiyyət, intizamlılıq və tez öyrənmə, komanda şəklində işləmə bacarığı olan namizədlər müraciət edə bilər.
Proqramda yarımştat (yarım gün, dərsdən sonra) işləmək mümkündür. “Könüllü proqramı” layihəsi 2 ayadək nəzərdə tutulub. Qeydiyyat sentyabrın 30-dək davam edəcək. Namizədlər CV-ni [email protected] ünvanına göndərərkən “mövzu” bölməsində “Könüllü proqramı” qeyd edilməlidir. Müraciətlər nəzərdən keçirilərək, uyğun namizədlərlə əlaqə saxlanılacaq.