Son günlər Azərbaycan Milli Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumlarına verdiyi layiqli cavab, Qarabağ və ətraf rayonları işğalçı erməni hərbi birləşmələrindən təmizlənməsi hər kəsin qəlbində böyük sevinc və iftixar hissi oyadıb. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları da ordumuzun zəfər yürüşünə və apardığı haqq mübarizəsinə öz dəstəyini göstərməyə çalışıb.
Tehsil.biz-im xəbər verir ki, institutun kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 14 min manat vəsaiti köçürüb.
İnstitutun kollektivi torpaqlarımızın azadlığı uğrunda mübarizədə öz həmrəyliyini bildirib və Milli Ordunun apardığı bu ədalətli mübarizədə Ali Baş Komandanın və qəhrəman əsgərlərimizin yanında olduğunu ifadə edib.