Təhsil Tələbə Krediti Fondunun (TTKF) təbliğat-təşviqat məqsədli regional görüşləri davam edir.
Fonddan "Tehsil.biz"ə bildirilib ki, növbəti görüş Xaçmaz rayonunda keçirilib.
Sədr müavini Tahir Xələfov tədbir iştirakçılarına fondun tələbələr və tələbə olmaq istəyənlər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verib. Daha sonra fondun əməkdaşı Ağca Məmmədova təhsil tələbə kreditlərinin verilməsi qaydalarını tədbir iştirakçılarına çatdırıb. Sonda iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.