Logo

13 yaşlı qız 3-cü mərtəbədən yıxılıb xəsarət aldı

25.09.2022 11:45 96 baxış
IMG

Şirvanda 13 yaşlı qız binanın 3-cü mərtəbəsindən yıxılıb.

Tehsil.biz xəbər verir ki, hadisə Şirvan şəhəri N.Nərimanov küçəsində qeydə alınıb.

Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Haqverdiyeva Aydan Aydın qızı kirayə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Aydan Haqverdiyeva ağır xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti