Logo

İsrailin Təl-Əviv Universitetinin professoruna ADNSU-nun Fəxri professoru diplomu təqdim olunub

25.09.2022 18:31 420 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbədən kənar iclası keçirilib. İclasda ADNSU-nun dünya elmində tanınmış məzunu, İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbauma ADNSU-nun Fəxri professoru diplomu təqdim olunub.

Tehsil.biz xəbər verir ki, öncə ADNSU-nun rektoru, professor Mustafa Babanlı növbədənkənar Elmi Şuranın keçirilmə səbəbi və gündəlikdə olan məsələnin - professor Lev Eppelbauma ADNSU-nun Fəxri professoru diplomunun təqdimatı olduğunu bildirib. ADNSU-nun Elmi Şurasının 1 oktyabr 2020-ci il tarixli iclasında qəbul olunmuş qərara əsasən, Lev Eppelbauma Fəxri professor adının verilməsinin təsdiq olunduğunu xatırladan rektor Lev Eppelbaumun bu adı çoxdan qazandığını və universitetin fəxri məzunlarından olduğunu şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova Lev Eppelbaumun həyat və yaradıcılığı, elmi fəaliyyəti haqqında geniş məlumat verib.

Sonra rektor M.Babanlı ADNSU-nun Fəxri professoru diplomunu qonağa təqdim edib.

Lev Eppelbaum məzunu olduğu ADNSU-nun onun üçün hər zaman doğma olduğunu deyib və göstərilən diqqətə, yüksək etimada görə professor Mustafa Babanlıya və Elmi Şuranın üzvlərinə minnətdarlığını bildirib.

Sonra professor Lev Eppelbaum geniş məruzə ilə çıxış edib və şura üzvlərinin suallarını cavablandırıb.

Xəbər lenti