Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin tələbəsi Astan Qasımov dünya çempionu olub.
Bu barədə "Tehsil.biz"ə UNEC-dən bildirilib.
Belə ki, Azərbaycanın karate üzrə milli yığma komandasının və FHN-in İdman sağlamlıq klubunun karate komandasının üzvi olan Astan Qasımov Çexiya Respublikasının Pardubitse şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən karate idman növü üzrə 12-ci Dünya çempionatında iştirak edib.
Astan Qasımov yarışda 18-21 yaş aralığı üzrə qalib olaraq, dünya çempionu adını qazanıb.