Logo

Yevlaxda "Əlaçı" televiziya layihəsinin seçim turu keçirilib

26.09.2022 10:30 154 baxış
IMG

Sentyabrın 25-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan 210 nəfər XI sinif şagirdi "Əlaçı" televiziya layihəsinin seçim turunda iştirak edib.

Tehsil.biz xəbər verir ki, Yevlax şəhəri Nəsimi adına 3 nömrəli tam orta məktəbdə təşkil olunan seçim turunda Mərkəzi Aran RTİ-nə daxil olan rayon (şəhər) üzrə ümumi təhsil müəssisələrinin hər birindən 30 nəfər (15 oğlan və 15 qız) öz biliyini sınayıb.

Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib.

Qeyd edək ki, müsabiqənin yekununa əsasən, ən yüksək nəticə göstərən şagirdlər "Əlaçı" televiziya layihəsinin 15-ci mövsümünün çəkilişlərində iştirak etmək hüququ qazanacaqlar.

Xəbər lenti