Logo

BDU-nun Filologiya fakültəsinin tələbələri II Fəxri xiyabanda olublar - FOTO

26.09.2022 10:40 326 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin tələbələri Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcovun rəhbərliyi və “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Ramil Bayramovun iştirakı ilə II Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və qəhrəmanlıqları haqqında çıxışlar edilib.

Çıxış edənlər müharibə dövründə xalq-ordu-dövlət birliyindən danışıb, tarix səlnaməsi yazan belə igidlərin həyat yolunun gələcək nəsillər üçün nümunə olacağını, onların xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar.

Xəbər lenti