İordaniyada məktəblərdə ənənəvi dərslər başlayıb. Ölkədə məktəblərin ənənəvi şəkildə açılması qərarı Təhsil Nazirliyi tərəfindən hazırlanan plana və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sanitariya qanunvericiliyinə əsaslanıb.
İlkinin mərhələdə uşaq bağçası və 1-3 siniflərdə tədris bərpa edilir. Bundan başqa, ikinci sinif şagirdləri həftənin birinci günü, üçüncü sinif şagirdləri isə ikinci gün dərsə gedə biləcəklər.
Təhsil Nazirliyi tərəfindən hazırlanan plana əsasən, paytaxt ərazisində yerləşən ibtidai məktəblərin sinif otaqlarında dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib. Eyni zamanda, Təhsil Nazirliyi təhsil müəssisələrində sosial məsafənin təmin edilməsi ilə bağlı təlimat verib. Məktəblərdə sosial məsafənin qorunmasıyla bağlı problem yarandığı təqdirdə həmin təhsil müəssisi distant təhsilə keçəcək.
Təhsil naziri Tayseer an-Nuaiminin sözlərinə görə, bir məktəbdə infeksiya nisbəti 3% -ə çatsa, siniflər distant təhsilə keçəcək.
Qeyd edək ki, ölkədə məktəblərdə və ali təhsil ocaqlarında dərsllər 2020-ci ilin martından bəri online şəkildə keçirilir. ABŞ-ın John Hopkins Universitetinin yaydığı məlumata görə, ölkədə 333 855 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Onlardan 4 369 nəfəri pandemiyanın qurbanı olub.