Logo

DİM-in Direktorlar Şurasının sədr müavini “Rişelye forumu: 2022”də iştirak edib - FOTO

26.09.2022 11:11 100 baxış
IMG

Sentyabrın 22-də Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyi tərəfindən onlayn formada “Rişelye forumu 2022: dövlət qulluğunda yeni modelin arxitekturası” adlı tədbir təşkil edilib.

Tehsil.biz xəbər verir ki, tədbirin əsas məqsədi insan resurslarının idarə edilməsində ən son effektiv alətlərin tətbiqi, insan resursları prosedurlarının müharibə və müharibədən sonrakı vəziyyətə uyğunlaşdırılması, dövlət qulluqçularının işinin təşkilinə yeni yanaşmalar, rəqəmsallaşdırma alətləri, əməkhaqqının yeni modelinin tətbiqi, yeni şəraitdə dövlət qulluqçusunun dəyərlər və münasibətlər sisteminin formalaşdırılması, müharibənin dövlət qulluğu mədəniyyətinə təsirinin təhlili və digər məsələlər haqqında müzakirələrin aparılması olub.

Forumda Ukrayna, Latviya, Xorvatiya, Litva, Polşa, İsveçrə və bir sıra digər ölkələrdən nümayəndələr çıxış edərək öz ölkələrinin təcrübələrini paylaşıblar.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov “Rəqabət qabiliyyətliliyi və rəqəmsallaşdırma”ya dair Azərbaycan Respublikasının və Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində fəaliyyəti və layihələri, həmçinin Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya barədə iştirakçılara məlumat verib.

Qeyd edək ki, tədbirdə Ukraynanın Prezident Ofisi, Ukrayna Nazirlər Kabinetinin Katibliyi, digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Şərq Tərəfdaşlığı ölkələri, SIGMA və digər beynəlxalq yardım proqram və layihələrinin insan resurslarının idarə edilməsi üzrə ekspertləri iştirak ediblər.

11

Xəbər lenti