Logo

BDU-da təhsil almaq istəyən əcnəbilər üçün qəbul imtahanları keçirilir

26.09.2022 11:30 264 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) təhsil almaq istəyən əcnəbilər üçün qəbul imtahanları keçirilir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, bu il əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbilərin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.

BDU-da təhsil almaq üçün 14 ölkədən (Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt) çoxsaylı müraciətlər daxil olmaqdadır. BDU-da əcnəbi tələbələrin qəbulu prosesi sentyabr ayının 30-dək davam edəcək.

Xəbər lenti