Logo

ASAPES-də əcnəbi müəllimlərin tədrisə cəlb olunması davam etdirilir - FOTOLAR

26.09.2022 13:16 268 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) əcnəbi müəllimlərin tədrisə cəlb olunması davam etdirilir.

Bu barədə "Tehsil.biz"ə ASAPES-dən məlumat verilib.

Qeyd olunub ki, 21-26 sentyabr tarixlərində Rusiya Beynəlxalq Olimpiya Universitetinin Elmi işlər üzrə prorektoru, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin “İnzibati hüquq” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, dosent Nikolay Peşin 2022/2023-cü tədris ili çərçivəsində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramı çərçivəsində kadr hazırlığına başlanılmış və tədrisi rus dilində aparılan “İdman menecmenti” magistr ixtisasında “Dünya idmanı və idman sənayesi” fənnini tədris edib.

Xəbər lenti