Logo

Rusiyada məktəbdə 13 nəfəri öldürən şəxsin görüntüləri yayılıb, kimliyi açıqlanıb

26.09.2022 14:42 264 baxış
IMG

Rusiyanın İjevsk şəhərində 88 saylı orta məktəbdə 13 nəfəri öldürən şəxsin kimliyi məlum olub.

APA-nın Rusiya bürosunun İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, cinayəti törədən şəxs Artyom Kazantsev olub.

Onun 34 yaşı var və o, həmin məktəbin məzunudur. Hazırda müstəntiqlər onun evində axtarış aparır, deyə Rusiya İstintaq Komitəsinin məlumatında qeyd olunub.

Xəbər lenti