Logo

Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

26.09.2022 15:05 75 baxış
IMG

Təhsil müəssisələrində 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək.  

Bu barədə Tehsil.biz-ə Elm və Təhsil nazirliyindən məlumat verilib. bildirilib ki, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçiriləcək. Həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır.

Eləcə də, məktəblilər arasında idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti