Logo

İlahiyyat İnstitutunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

26.09.2022 17:17 136 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Tədbirdə qazilər, Aİİ-nin tələbələri və əməkdaşları iştirak ediblər.
Ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik ehtiram sükutu ilə yad edilməsi ilə başlayan mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Aİİ-nin tələbəsi tərəfindən şəhidlərimizin əziz xatirəsinə Qurani-Kərimin tilavəti təqdim edilib.

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ərsəyə gələn şəhid övladlarının da iştirakı ilə hazırlanmış “Şəhid övladlarının zəfər sədası” adlı kompozisiya nümayiş olunub.
İnstitutun İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb. Dekan 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad etmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib. İlahiyyat İnstitutunun hər zaman tələbələrinə milli-mənəvi dəyərlər aşıladığını qeyd edən E.Əzizova şərəfli döyüş yolu keçmiş qazilərlə görüşün əhəmiyyətini vurğulayıb.

Daha sonra 44 günlük Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Dəyanət Məmmədov çıxış edərək, torpaqlarımızın azadlığı uğrunda keçdikləri döyüş yolundan, qəhrəman oğullarımızın şücaətlərindən bəhs edib.
Vətən müharibəsi iştirakçısı baş gizir, kəşfiyyatçı Amil Əbilov və baş çavuş Ayaz Allahverdiyev çıxış edərək, Azərbaycan tarixinin hər səhifəsində mübarizənin olduğunu, budəfəki Zəfər tariximizin isə fərqliliyini qeyd ediblər. Bu mübarizədə xalqımızın maddi və mənəvi dəstəyinin ön cəbhədə əsgər və zabitlərin döyüş ruhlarını yüksəltdiyini vurğulayıblar.
Daha sonra tədbir tələbələrin qarşılıqlı sual-cavabı ilə davam edib.

Xəbər lenti