Logo

Pedaqoji Universitetin tələbələri “Dolu” filmini müzakirə ediblər

26.09.2022 19:50 262 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “ÇƏTİR” proqramı çərçivəsində 27 Sentyabr – Anım Günü münasibətilə Bakı Gənclər Mərkəzində “Dolu” filminin nümayişini təşkil edib.

Tehsil.biz xəbər verir ki, filmin nümayişindən əvvəl Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsi və 12-13 sentyabr şəhidlərinin əziz xatirəsi anılıb.

Filmin nümayişindən sonra tələbələr ekran əsəri ilə bağlı müzakirələr aparıb, gənclərin vətənpərvərlik ruhunun tərbiyə olunmasında incəsənətin mühüm rolunu qeyd ediblər.

Bildirilib ki, bu gün artıq Azərbaycan torpaqları işğaldan azaddır və bərpa quruculuq işlərində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında tələbə-gənclərin üzərinə böyük missiya düşür.

Xəbər lenti