Logo

Tarix Muzeyi: “Silahın mistik gözəlliyi” adlı kataloq nəşr edilib

26.09.2022 20:05 371 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri dosent Səbuhi Əhmədov tərəfindən “Silahın mistik gözəlliyi (Muzeydə XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgidə nümayiş olunan materiallar əsasında ilk dəfə olaraq, ətraflı şəkildə, elmi əsaslarla eyni adlı kataloq nəşr edilib.

Tehsil.biz xəbər verir ki, 300-dən artıq fotoşəkillə zənginləşdirilmiş, nəfis tərtibatda çap olunan kataloqda XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı, xüsusiyyətləri haqqında geniş məlumat verilib. Eyni zamanda, silahların ümumi görünüşü ilə yanaşı, onların dekorativ tərtibatına da diqqət yetirilib.

Xəbər lenti