Logo

İranda tələbələr dərsə gəlməkdən imtina ediblər

26.09.2022 22:24 101 baxış
IMG

İranda 18 universitetin tələbələri dərsə gəlməkdən imtina etdiklərini açıqlayıblar.

Tehsil.biz xəbər verir ki, İran İnsan Hüquqları Təşkilatının hesabatında tətillərin Tehran, Təbriz, Gilan, Əhvaz, Məşhəd və Qəzvin şəhərlərindəki 18 universiteti əhatə etdiyi bildirilir.

Məlumatlara görə, tətilə qoşulan ali məktəblərin sayı artır.

Tələbələr təhlükəsizlik qüvvələrinin zorakı davranışı, etirazçı tələbələrin həbsi və təhsilin virtuallaşdırılmasına etiraz olaraq dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.

Xəbər lenti