27 sentyabr, həmin gün, Ali Baş Komandan İlham Əliyevin səfərbərlik elan etməsi, insanların qəlbini bürümüş bir həyəcan və 30 ilin həsrəti...
Gözlənilmədən alınan bu qərar 30 il bağrına daş basıb susmuş bu xalqı yuxudan oyatdı.
Zamanı gəlmiş, vədə yetişmişdi. Hər kəsin ürəyində həyəcanla yanaşı qələbəyə inam hissi,vətənpərvərlik duygusu da oyanmışdı. Böyükdən kiçiyə hər kəs cəbhədən gələn hər bir xəbəri izləyir, Prizdentin ard-arda gələn qələbə xəbərlərini böyük bir sevinc hissiylə,fərəh hissiylə qarşılayırdı. Hər kəs bir bayraq altında birləşib dəmir yumruqla düşmənin başını əzdi. Bu müharibə bizim haqq savaşımızdır. Qeyd etmək istərdim ki,müharibənin də öz qanunauyğunluqları var və hər iki tərəf bu qanuna əməl etməlidir. Azərbaycan ön cəbhədə düşmənə layiqli cavabını verirdi. Buna baxmayaraq, düşmən öz xislətinə uygun olaraq ədalətsiz savaşırdı. Gəncəyə,Bərdəyə-bir sözlə, arxa cəbhəyə atılan zərbələr bir daha sübut edir ki, düşmən bütün insani keyfiyyətlərdən uzaq, yırtıcı xislətli bir "vəhşi qəbilədir". Azərbaycan ordusu 44 gün boyunca müharibə qanunlarından bir dəfə belə olsun kənara çıxmamış,mənfur düşmənin cavabını elə meydanda,ön cəbhədə vermişdi.
Vətən müharibəmizdə parlaq qələbəmiz tarixən xalqımıza xas olan ədalətə inamı artırdı, diqqətəlayiq isə budur ki, ədaləti özümüz bərpa və bərqərar etdik. Məlumdur ki, uzun illərdən sonra ilahi ədalətin, hüququn aliliyinin, insanların təməl haqlarının təmin edilməsi birlik və vəhdətin sarsılmaz gücünü göstərməklə yanaşı, milli birlik hisslərinin gücünü də ortaya qoyur. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə
Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu günə qədər məğlubiyyətə düçar olmuş, şəhid vermiş xalqımız Ali baş komandanın bu əmrini böyük həyəcan və təşvişlə qarşıladı. Lakin,hər şeyə rəğmən xalqın qələbəyə inamı,Ali baş komandana güvəni bizi daha da qələbəyə inandırırdı. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi.Ulu öndər Heydər Əliyev deyirdi: "Milli azadlığa nail olmaq üçün Milli oyanış, Milli dirçəliş, Milli ruhun canlanması lazımdır"
Biz 44 günlük müharibədə Azərbaycanın dostunu da,düşmənini də çox yaxşı tanıdıq. Qardaş ölkə Türkiyə hər bir qələbəmizdə bizim yanımızda oldu.Türkiyə və Azərbaycan dostluğunu bütün dünya bir daha görmüş oldu. Bununla belə,eyni dini paylaşdıgımız İran xalqının ermənipərəst mövqe tutmasınında şahidi olduq. Türkəfob, islamofob mövqeli bir sıra mətbuat nümayəndələri xalqımızın haqlı davasına kölgə salmaq üçün dəridən-qabıqdan çıxırdılar. Lakin Prezident İlham Əliyev əsla xeyirxah olmayan belə xarici junalistlərə cavablarında dronlarımız kimi dəqiq hədəfə vururdu, həm dünyaya Azərbaycan həqiqətlərini yeridir, həm də ölkəmizə, ordumuza qarşı böhtan və iftiraları dəlillərlə ifşa edirdi. Ordumuzun qalibiyyətli ölüm-dirim savaşı cəbhədə gedirdi və xalq onun təfərrüatlarını deyil, nəticələrini görürüdü. Prezidentin beynəlxalq güclərin və qurumların ölkəmizə təzyiqlərə qarşı mübarizəsi isə, bütün xalqın gözü qarşısında baş verirdi. Prezidentin qəti və prinsipial mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı isə bütövlükdə Azərbaycan xalqını, həmçinin, dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları, başqa ölkələrin vətəndaşları olan soydaşlarımızı dünyanın bütün azərbaycanlılarının vətəni olan Azərbaycan Respublikası naminə birləşdirirdi.
44 gün ərzində Təbrizdə keçirilən mitinqdə səsləndirilən "Rus,Fars,Erməni Azərbaycan düşməni" şüarı məhz ön cəbhədə belə alqışla qarşılandı. Cənubi Azərbaycanda yaşayan vətəndaşlarımızın ürəyidə cəbhəylə atırdı. Dünyanın müxtəlif ölkə və şəhərlərində yaşayan vətəndaşlarımız bir dəmir yumruq altında birləşdilər. Xalqın "haqq nazilər, amma üzülməz" kimi bir deyimi var min illərdi haqq süzgəcindən süzülüb gələn bu müdrik deyimi belə yerdə əsl mənasını ifadə edir. Otuz il Vətənimizi işğalda saxlayan və bu otuz ildə havadarlarının arxasına sığınan,qorxaq,zavallı "erməni xalqı"nın işğalçılıq siyasətinə qarşı haqq səsimizi dünya ictimaiyyəti eşitməməzliyə vurdu. Bu müharibə də Azərbaycan xalqının haqq səsini Ali Baş Komandan İlham Əliyev dünya ictimaiyyətinə çatdırdı. İllərdir, bu haqsızlıga göz yuman,susan,eşitməməzlikdən gələn işğalçı Ermənistanın havadarları Prezident İlham Əliyevin yeritdiyi siyasətin qarşısında aciz qaldılar.
30 il az bir müddət deyil. 30 il ərzində xalqın səbir kasası son damcısınadək doldu. 30 ildən sonra xalqımız öz vətəni,milləti uğrunda elə güclənərək birləşdi ki, bu birliyin qarşısını heç bir qüvvə ala bilmədi. Xalq öz Ali Baş Komandanı ilə, öz müzəffər ordusunun ətrafında birləşdi. Bizim sevincimiz qədər kədərimizdə var. Biz şəhid verdik. Qarabağdan qundaqda çıxıb tank üzərində geri-öz yurduna qayıdan neçə-neçə oğullarımız şəhidlik zirvəsinə yüksəldi.
İllər ötür, fəsillər dəyişir, qərinələr bir-birini əvəz edir. Zaman bir çox tarixi hadisələrə şahidlik əsir. Bəzi hadisələr zamanın dolanbac yollarında unudulur,lakin bəzi hadisələr var ki,əsla unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi hadisə daha çox xatırlanır,insanların qəlbində əbədi taxt qurur. Yenilməz Azərbaycanın qalib ordusu. Azərbaycana qələbə sevincini yaşadan qorxmaz əsgər və ədəbi zirvəyə ucalan şəhidlər. Şəhidlik vətənə məhəbbətin zirvəsidir. Bu dünyada hər birimizə verilən bir ömür payı var. Şəhidlik verilən ömür payını vətənin gələcəyinə,gələcək nəslin xoşbəxtliyinə bağışlamaq deməkdir. İnsanın dünya həyatına ən yüksək zirvədə əlvida deməsidir şəhadətə yüksəlmək.
Vətən, xalq, millət sevgisi idi onlara cəsarət verib irəli aparan. İndi onların ruhu azad Qarabağ səmalarında parlayan ulduz kimidir. Ruhumuza dinclik verən azanın səsindədir,Şuşanın həsrət qaldığı xanın şikəstəsindədir. Onların müqəddəs ruhu Cıdır düzündə, İsa bulagındadır. Onlar ölümləri ilə əbədiyyətə ucalan,qəhrəmanlıq salnaməsini yazan, Azərbaycanın suverenliyi uğrunda canlarından keçib ali məqama-şəhidlik zirvəsinə ucalanlardır. Biz hər bir Azərbaycan vətəndaşı onların əziz xatirələrini daim yaşatmalı,gələcək nəsillərə ötürməliyik. Bu yolda hər bir vətəndaş öz boynuna düşən vəzifəni icra etməlidir. Heç şübhəsiz, hələ saysız-hesabsız qəhrəmanlıq dastanları qələmə alınacaq, hələ çox nəzmlər şairlərin qələmindən axıb dillər əzbəri olacaq.
Xalqımız var olduqca qələbəmizdə yaşayacaq. Qələbəmizə həsr olunan dastanlar dillər əzbəri olacaq. Qarabağımıza,evimizə,yurdumuza geri qayıdırıq. 30 ildir, gözü yolda, torpağı düşmən tapdağında qalan yurdum, biz qayıtdıq. Biz Qarabağımızı yenidən yaşadacağıq. Artıq Qarabağ azaddır. İndi Qarabağda günəş azad doğru, ay gecələri azad Qarabağı işıqlandırır. Boynu bükük dağlar indi məğrur-məğrur durur. Qarabağım,s ən bizimlə yenidən gözəlləşəcəksən.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Hüseynli Şəms