Logo

BDU-da Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib - FOTO

27.09.2022 16:20 256 baxış
IMG

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-nun Tələbə şəhərciyinin ərazisində ağacəkmə aksiyası keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Ağacəkmə aksiyasında Vətən müharibəsinin iştirakçıları, şəhid valideynləri, Yasamal Rayon İcra Hakimiyyətinin, Bakı Dövlət Universitetinin rəhbərliyi, millət vəkilləri, Yasamal rayonunun idarə və müəssisələrinin nümayəndələri və tələbələri iştirak ediblər.

Xəbər lenti