Logo

BDU-da Anım Gününə həsr edilmiş xüsusi dərs keçirilib - FOTO

27.09.2022 17:24 239 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində 27 sentyabr – Anım Gününə  həsr olunmuş xüsusi dərs təşkil olunub.

Tehsil.biz xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Xüsusi dərs Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslanın mühazirəsi ilə davam edib. Knyaz Aslan mühazirədə Ermənistanın işğalçılıq siyasəti, artıq tarixdə qalmış Qarabağ münaqişəsinin başvermə səbəbləri, müharibənin qurbanları, ağır nəticələri barədə tələbələrə dolğun informasiya verib. Natiq Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımların atılmasına məhz xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını xüsusi vurğulayıb. Birinci Qarabağ müharibəsində hərbi jurnalist kimi fəaliyyət göstərmiş Knyaz Aslan həmin dövrdə müxtəlif mətbuat orqanlarında bu mövzuda yazdığı məqalələrdən sitat gətirib, eyni zamanda müharibə gündəliklərindən tarixi qeydləri oxuyub.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində bütün şəhidlərimizin qisasının alındığını, onların ideallarının qalib gəldiyini vurğulayan natiq Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən soydaşlarımızın əziz xatirələrinin hər zaman xalqımız tərəfindən yaşadılacağını bildirib. Knyaz Aslan həmçinin bu gün azad Qarabağda aparılan quruculuq işlərindən, həyata keçirilən mədəni tədbirlərin əhəmiyyətindən bəhs edib.

Xəbər lenti