Logo

BDU tələbələri beynəlxalq yarışda qalib olub

08.02.2021 11:50 607 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Enactus komandası EASA (Euroasian Startup Awards) beynəlxalq yarışında EcoPrint layihəsi ilə iştirak edib.

 

EASA beynəlxalq yarışında hər il 9 ölkədən - Türkiyə, Ukrayna, Macarıstan, Gürcüstan, Belarus, Qazaxıstan, Azərbaycan, Moldova və Ermənistandan 12 müxtəlif kateqoriya üzrə startapların yarışı keçirilir. 2021-ci il 5 fevral tarixində Grand finalda 2020-ci ilin qalibləri açıqlanıb.

 

Finalda BDU Enactus komandası Ecoprint layihəsi ilə  "Best Virtual Teamwork Solition" kateqoriyasında Azərbaycan və regional finalın qalibi olub.

 

Qeyd edək ki, bu il yarışmaya komandalar müxtəlif kateqoriyalarda 3300 startapla qatılıblar.

 

 

Xəbər lenti