Logo

Azİİ e-Kitab Evində Anım Gününə həsr edilən sərgi açılıb

27.09.2022 20:07 225 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Vətən müharibəsi zamanı torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsinə həsr edilən “27 Sentyabr - Anım Günü” adlı sərgi açılıb.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Sərgidə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsi zamanı qazandığı Böyük Zəfərdən, əsgər və zabitlərimizin şücaətlərindən, torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarından, həmçinin ADNSU-nun şəhid məzunlarından bəhs edən kitablar, qəzet və jurnallar, albomlar, fotoşəkillər yer alıb.

Xəbər lenti