Logo

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Anım Günü tədbiri - FOTOLAR

27.09.2022 23:17 380 baxış
IMG

Bu gün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında II Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olunan “Anım günü” keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə himn səsləndikdən sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın prorektoru prof. Fərhad Möhbalıyev həm birinci, həm də ikinci Vətən müharibəsindən bəhs etmiş, Akademiyanın  şəhid məzunları – İlkin Ağakişiyev, Aqşin Novruzov, İqbal Babayev, Əli Əhmədov haqqında danışıb. Fərhad müəllim torpağını, vətənini sevən igidlərin Azərbaycanın hər bölgəsindən olduğunu, eyni zamanda 12-13 sentyabr 2022-ci il hadisələrində öz canını vətən yolunda qurban vermiş qardaşı oğlu Möhbalıyev Fəriddən də qururla bəhs edib.

Tədbirdə Akademiyanın müəllimi, tex.ü.f.d Niyar Umarova çıxış edərək, Qızıl hərflərlə adını tarixə yazan şəhidlərin hər bir azərbaycanlının əzizi olduğunu, onları hər zaman yaşatmağın və Qarabağ həqiqətlərini dünyaya çatdırmağın vacibliyindən danışıb. 

Tədbir tələbələrin hazırladıqları şeirlər, təqdimatlarla davam etdi. Sonda “Millətəm” mahnısı sədaları altında videoçarx nümayiş olunub.

Xəbər lenti