Logo

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinə start verilib

28.09.2022 13:01 136 baxış
IMG

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinə start verilib.

Tehsil.biz xəbər verir ki, təhsilalanlar portal.edu.az platformasında bu məqsədlə yaradılmış “müsabiqələr və olimpiadalar” xidmətindən qeydiyyatdan keçərək müsabiqəyə müraciət edə bilərlər. Qeydiyyat üçün son tarix 7 oktyabr 2022-ci il saat 00:00-dır. Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin rayon (şəhər) mərhələsində iştirak üçün müvafiq yerli təhsili idarəetmə orqanı tərəfindən dəvət ediləcəklər.

Qeyd edək ki, müsabiqənin final mərhələsi Bakı şəhərində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil edilmiş kompüter mərkəzlərində həyata keçiriləcək. Təhsilalanlar müsabiqənin nəticəsi ilə bağlı portal.edu.az platforması və SMS vasitəsilə məlumatlandırılacaqlar.

Xəbər lenti