Logo

Hüseyn Cavidin ev-muzeyində “Şəhidlərin əziz xatirəsi ürəklərdə yaşayır” mövzusunda tədbir keçirilib - FOTO

28.09.2022 13:32 244 baxış
IMG

Hüseyn Cavidin ev-muzeyində “Şəhidlərin əziz xatirəsi ürəklərdə yaşayır” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi anılıb. Tədbirdə muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb.

O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı böyük Zəfər qazandığını vurğulayıb. Qeyd olunub ki, Vətən müharibəsində əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstəriblər, onların qəhrəmanlıqları tariximizə yazıldı. Biz bu tariximizlə daim böyük qürur duyacağıq.

G.Babaxanlı şəhidlərin xatirəsinin həmişə uca tutulduğunu bildirib.

Sonra II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının döyüş yolundan bəhs edilib. Muzey tərəfindən hazırlanmış “44 günün qəhrəmanları” mövzusunda sərgi təqdim olunub.

Xəbər lenti