Logo

Bakı məktəbində direktor qapını qıfıllayıb? - AÇIQLAMA

28.09.2022 15:35 573 baxış
IMG

Paytaxtın Xətai rayonunda yerləşən 263 nömrəli tam orta məktəblə bağlı narazılıq var.

"Tehsil.biz"in məlumatına görə, övladları həmin məktəbdə təhsil alan valideynlər direktorun təhsil müəssisəsinin əsas giriş qapısını qıfılladığını bildiriblər. Şagirdlərin arxada olan balaca qapıdan məktəbə daxil olduğunu deyən valideynlər nəticədə sıxlıq yarandığını qeyd ediblər.

Tehsil.biz məsələ ilə bağlı sözügedən məktəbin mövqeyini öyrənib. Təhsil ocağından bildirildi ki, 263 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb:

"Hazırda məktəbdə 1700-ə yaxın şagird təhsil alır. Məktəbin ön tərəfində bir qapı olduğu üçün eyni zamanda o qədər şagirdi qəbul edən zaman sıxlıq yaranır. Ön qapıdan giriş maşın yolu tərəfdə olduğundan bu şagird və valideynlərin hərəkəti üçün təhlükə mənbəyidir.

Digər tərəfdə isə məktəbin 4 giriş qapısı olduğuna görə, sıxlıq yaranmadığından şagirdlərin qəbulu həmin hissədən aparılır. Bu da şagirdlər üçün daha təhlükəsiz mühitin yaradılmasına xidmət edir.

Şagirdlər dərsdən çıxan zaman valideynlərlə məktəb rəhbərliyi tərəfindən gürüş keçirilib və onlara şagirdlərin məktəbə giriş-çıxışı ilə bağlı tənzimləmələrin səbəbləri izah olunub. Bu təşəbbüs məktəbdə təhsil alan şagirdlərin əksəriyyətinin valideynləri tərəfindən razılıqla qarşılanıb", - təhsil müəssisəsindən bildirilib.

Xəbər lenti