Sentyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Şirvan şəhəri, Hacıqabul, Neftçala, Biləsuvar və Salyan rayonlarında qeydiyyatda olan sakinləri qəbul edib.
Tehsil.biz xəbər verir ki, qəbulda qeyd olunan şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.