Logo

ADNSU-da tyutorların sertifikatlaşdırılması prosesində başlanılıb

28.09.2022 20:15 325 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında tyutorlara (akademik məsləhətçilərə) təlim xidmətlərinin göstərilməsinə və onların sertifikatlaşdırılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən ADNSU-da çalışan tyutorlara beynəlxalq təcrübəyə və standartlara əsasən tələbəyönlü təhsildə tyutorların vəzifə və öhdəliklərinə dair məlumatların verilməsi nəzərdə tutulur.

Təlimin əsas məqsədi ADNSU-nun daxili keyfiyyət təminatına, eləcə də tyutorların səriştələrinin artırılmasına dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.

Xəbər lenti