Tehsil.biz Xəzər Universitetinin üçüncü kurs tələbəsi Əli Ələkbərovun Azərbaycan əsgərinə həsr etdiyi şeiri təqdim edir.
Qoru vətən torpağını,
Döyüş, qazan, igid əsgər!
Qarabağı fəth etmisən
Tarix yazan igid əsgər.
Yardı düşmən səngərlərin,
Vətən, sənin igidlərin.
Mənfur, xain düşmənlərin
Yuxusunu pozan əsgər.
Babaların dua səsi,
Sizə verər bu həvəsi.
Oğuzların yetirməsi
Əsli ozan igid əsgər.
4 Fevral 2021.