Logo

"Dərslər distant formada keçirilsin" - Ekspertdən TƏKLİF

29.09.2022 09:30 3774 baxış
IMG

Bakı şəhəri üzrə bütün küçə və prospektlərdə gün ərzində yaranan tıxaclar səhər və axşam saatlarında dözülməz hal alır. Ali və orta ixtisas təhsili müəssisələri və orta məktəblərin də bu tıxaclarda böyük pay sahibi olduğunu əminliklə deyə bilərik. Bəs bu təhsil müəssisələrinin bir qədərini paytaxtdan köçürməklə problem həll edilə bilərmi?

Mövzu ilə bağlı "Tehsil.biz"ə danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, bu məsələ ali və orta ixtisas təhsili müəssisələrinin mərkəzdən kənara çıxarılması ilə həll olmayacaq:

"Bu, uzun və bahalı bir prosesdir. Düşünürəm ki, biz ilk növbədə mərhələli şəkildə Bakı şəhəri üzrə ali və orta ixtisas təhsili müəssisələrinin plan yerlərini azaltmalı, bölgə universitetlərində plan yerlərini artırmaq hesabına Bakıya gələcək insanların sayını süni şəkildə azalda bilərik".

Ekspert dərslərin həftə ərzində bir neçə dfə onlayn formatda təşkil edilməsini təklif edib:

"İnsan hərəkətinin sayını azaltmaq üçün pandemiya dövründə olduğu kimi ali və orta orta təhsili müəssisələrində, orta məktəblərdə bəzi fənlər distant formada tədris olunmalıdır. Misal üçün, həftədə bir neçə gün dərslər online-distant formada tədris olunmalıdır ki, bu da aktiv hərəkətin sayını azaldacaq".

Xəbər lenti