Logo

Bakıda itkin düşən 13 və 14 yaşlı qızlar tapılıb - YENİLƏNİB

29.09.2022 11:19 278 baxış
IMG

Bakıda itkin düşən 13 yaşlı Ülviyyə Həsənzadə və 14 yaşlı Gülnaz Cavadova tapılaraq ailələrinə təhvil verilib.

Bu barədə APA-nın sorğusuna Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

09:52

Bakıda 13 yaşlı və 14 yaşlı qız uşaqları itkin düşüb.

APA xəbər verir ki, 2009-cu il təvəllüdlü Ülviyyə Həsənzadə ötən gün hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan başqa 2008-ci il təvəllüdlü Gülnaz Cavadova Nizami rayon ərazisində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Hazırda Nizami rayon Polis İdarəsində araşdırma gedir.

Xəbər lenti