Logo

BDU-nun Hüquq fakültəsinin professor-müəllim heyəti şəhid Ceyhun Şalıyevin məzarını ziyarət edib

29.09.2022 12:01 259 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev və professor-müəllim heyəti  27 sentyabr – Anım Günü münasibətilə şəhid Ceyhun Şalıyevin məzarını ziyarət edib və ailəsinə baş çəkib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

2015-ci ildə Hüquq fakültəsini bitirən Ceyhun Şalıyev 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Aprel döyüşlərində böyük şücaət göstərən Ceyhun Şalıyev Vətən müharibəsində könüllü olaraq iştirak edib, oktyabr ayının 1-də qəhrəmancasına şəhid olub. Ceyhun Şalıyev fitri istedadı, qabiliyyəti, təlim-tərbiyəsi ilə professor-müəllim heyətinin rəğbətini qazanıb. Hüquq fakültəsində təhsil aldığı dövrdə “Tələbədən tələbəyə” layihəsi çərçivəsində yuxarı kurs tələbələrindən aşağı kurs tələbələrinə dərslik və əlavə ədəbiyyatların bağışlanması təşəbbüsünü irəli sürməsi  onun həm də son dərəcə mərhəmətli insan olduğunun göstəricisi idi.  
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən, Ceyhun Şalıyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbər lenti