Logo

"Sosial-iqtisadi və Tarixi-Mədəni əlaqələrin strateji prioritetləri” mövzusunda konfrans keçirilib - VİDEO

29.09.2022 15:26 1109 baxış
IMG

Sentyabrın 28--də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Türkiyənin Manisa Celal Bayar Universiteti ilə birlikdə “Sosial-iqtisadi və Tarixi-Mədəni əlaqələrin strateji prioritetləri” mövzusunda I Beynəlxalq Sosial Elmlər konfransı keçirilib.

Bu barədə "Tehsil.biz"ə AƏSMA-dan məlumat verilib.

Bildirilib ki, konfrans İqtisadiyyat və idarəetmə, Sosial mədəni elmlər, Təhsil və humanitar elmlər və İKT və texniki elmlər bölməsi olmaqla 4 bölməni əhatə edib.

Konfrans hibrid formatda təşkil olunub. Azərbaycan və Türkiyə ilə yanaşı, Kanada, İran və Qazaxıstanın müxtəlif Universitet, Eli Tədqiqat İnstitutları və təşkilatlarından ümumilikdə 86 nəfər iştirakçı konfransa qatılıb.

Tədbirdə xarici ölkələrdə yaşayan və gəlmə imkanları olmayan 10 nəfər onlayn bölmədə iştirak ediblər.

Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti