Sentyabrın 24-də “Parlaq Gələcəyim” layihəsi çərçivəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzununun bir qrup Şamaxı məktəblisi ilə görüşü keçirilib.
Tehsil.biz xəbər verir ki, layihənin məqsədi regionlardakı məktəblilərin maraq göstərdiyi ixtisas sahələri üzrə ən son yeniliklər barədə məlumatlandırılması, ölkəmiz üçün insan kapitalı kimi formalaşmağa təşviq edilməsi, əmək bazarındakı prioritet ixtisaslar barədə yeniliklərin bölüşülməsini təmin etməkdir.
Təlimçi sözügedən proqram çərçivəsində İsveçrə Konfederasiyasının “International University in Geneva” ali təhsil müəssisəsində magistratura təhsili almış və hazırda Xəzər Universitetində müəllim kimi çalışan Günay Muxtarova olub.
150-ə yaxın məktəblinin iştirak etdiyi tədbirdə düzgün ixtisas seçimi, prioritet ixtisaslar, xaricdə təhsil imkanları və s. barədə mövzularda fikir mübadiləsi aparılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.