Logo

Botanika İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc olunub

29.09.2022 17:02 88 baxış
IMG

Botanika İnstitutunun Herbari şöbəsinin elmi işçisi Şəhla Mirzəyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin ali bitkilər kafedrasının professoru biologiya elmləri doktoru Aleksandr Zernovun həmmüəllifi olduqları “Qafqaz florası üçün yeni yad növlər” adlı məqalə Rusiya Elmlər Akademiyasının “Botanika” jurnalında (Scopus) dərc olunub.

Bu barədə institutdan məlumat verilib.

Məqalə “Botanika” jurnalının təqdim etdiyi “Ali bitkilərin struktur və xoroloji müxtəlifliyinin filogenez və taksonomiya problemləri ilə əlaqəli təhlili, şəhər ekologiyası və davamlı inkişaf problemləri” mövzusu üzrə aparılan elmi-tədqiqat işinin nəticələrinə həsr olunub.

Məqalədə Qafqaz (Azərbaycan, Abşeron) florası üçün yeni yad növün - Allium neapolitanum Cirillo. (Neapolitan soğanı) aşkarlanması, növün morfoloji təsviri, populyasiyası və fitosenoloji xüsusiyyətləri haqqında məlumat verilib.

Xəbər lenti