Logo

ASAPES SABAH tələbələri "Tipx 4: Fürsətdən inkişafa" konfransında iştirak ediblər

29.09.2022 17:25 111 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) SABAH tələbələri ADA Universitetində təşkil olunan “Tipx 4: Fürsətdən inkişafa" konfransında iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Nigar Arpadarai, ADA Universitetinin Təşkilat və İnsan resursları departamentinin rəhbəri Gülnur İsparova, İşçi qüvvəsi üzrə baş menecer Tural Hümbətov spiker qismində çıxış ediblər.

Spikerlər tələbələr üçün yaradılan məşğulluq imkanları, xaricdə təhsil fürsətlərinin dəyərləndirilməsi, sosial-ictimai aktiv fəaliyyətin önəmi kimi mövzularda çıxış edərək tələbəlik dövrünü məhsuldar keçirməyin yolları barədə öz bilik və təcrübələrini bölüşüblər.

Xəbər lenti