"Qurultay qərar versə, Azərbaycan Yazıçılar Birliyində də qalmaq fikrim var. “525-ci qəzet”i isə müavinlərim çıxarırlar".
Bunu "Report"a açıqlamasında Mətbuat Şurasının yeni sədri Rəşad Məcid deyib.
Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirən Şura sədri bildirib ki, bu məsələ yazıçıların qurultayının səlahiyyətinə daxildir.
R.Məcid qeyd edib ki, yaxın vaxtlarda Yazıçılar Birliyinin qurultayı olacaq:
Qeyd edək ki, R.Məcid Azərbaycan jurnalistlərinin bu ilin sentyabrın 24-də keçriilmiş VIII qurultayında Mətbuat Şurasının sədri seçilib.
O, 2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib. 2021-ci ilin iyulundan AYB sədrinin müavinidir. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.