Logo

Təhsil İnstitutu müəllif müsabiqəsi elan edib

30.09.2022 11:17 352 baxış
IMG

Təhsil İnstitutu ümumi təhsil müəssisələrinin V-IX sinifləri üçün Azərbaycan dili fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait və s.) hazırlanması üzrə müəllif müsabiqəsi elan edib.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan bildirilib. Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən CV-lərini [email protected] ünvanına “Müəllif” başlığı altında göndərmələri xahiş olunur.

Zəruri keyfiyyətləri olan şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə əməkdaşlıq haqqında müqavilə bağlanacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan namizədlərin ixtisas fənni üzrə dərin bilikləri, araşdırmaçılıq və təqdimat bacarıqları, yaradıcı və tənqidi düşünmə qabiliyyəti, yüksək özünütəhsil vərdişləri, pedaqoji təcrübə kimi keyfiyyətləri olmalıdır. Həmçinin namizədlərdən kompüter və İKT-dən istifadə bacarıqları, fənn kurikulumu ilə tanışlıq, təhsildə öndə gedən ölkələrin dərsliklərinin quruluş və öyrətmə yanaşmalarını təhlil etmək bacarığı, tədris resurslarının hazırlanması üzrə təcrübə tələb olunur.

Xəbər lenti