Edinburqdakı Heriot-Vatt Universitetinin alimi İldar Raxmatulin tarakanları öldürən süni intellektlə lazer qülləsi yaradıb.
Tehsil.biz "Xarici KİV"ə istinadən xəbər verir ki, tədqiqatçı öz işini “Oriental Insects” jurnalında dərc edib.
Alimin sözlərinə görə, süni intellekt tarakanın mövqeyini müəyyən etmək üçün iki kameradan gələn rəqəmsal siqnalı emal edir. Daha sonra o, bu məlumatı galvanometrə ötürür və o, hədəfə dəqiq atəş açmaq üçün lazım gəldikdə lazerin istiqamətini dəyişir. Lazer gücünü tənzimləmək, aşağı gücdə tarakanı qorxutmaq, yüksək gücdə öldürmək olar. Cihaz, həmçinin hornet və ya milçək kimi digər həşəratlara nəzarət etmək üçün də istifadə edilə bilər.
Raxmatulinin sözlərinə görə, onun istifadə etdiyi bütün avadanlıqlar 250 dollar civarındadır. O, həmçinin bu qurğunun necə yaradıldığına dair bütün məlumatları dərc edib. Onun sözlərinə görə, hər kəs onu yığa bilər. Gələcəkdə Raxmatulin öz cihazını geniş miqyasda istifadəyə verilməzdən əvvəl təkmilləşdirməyi planlaşdırır.