Sentyabrın 29-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi-tədris laboratoriyasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) 12 məşqçisinin iştirakı ilə “İlk yardım” mövzusunda təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, nəzəri və praktiki hissədən ibarət olan təlim zamanı iştirakçılar ilk yardım konsepsiyası ilə tanış olub, ürək-damar və dayaq-hərəkət sistemləri, zədələnmənin növündən və ağırlığından asılı olaraq ilk yardımın müxtəlif üsulları, zərərçəkmişlərin immobilizasiyası və daşınması üzrə ətraflı məlumat alıblar.