Logo

“AzMUN - Azərbaycanda BMT Modeli Klublar Şəbəkəsi Fəaliyyətinin Dəstəklənməsi” proqramının təqdimatı keçirilib

30.09.2022 15:37 593 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “AzMUN - Azərbaycanda BMT Modeli Klublar Şəbəkəsi Fəaliyyətinin Dəstəklənməsi” proqramının təqdimatı keçirilib.

Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib. Universitetin Tələbə Gənclər Təşkilatının keçirdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AzMİU-nun prorektoru Orxan Naqdiyev tədbirdə tələbələrə hazırkı geosiyasi vəziyyətdə gənclərin üzərinə düşən öhdəliklərdən danışaraq “AzMUN” proqramının əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, qloballaşma və dünyada toqquşan maraqlar ixtisasından asılı olmayaraq hər bir gəncin ölkəsini, xalqını və dövlətini diplomatik platformalarda təmsil etmək bacarığını labüd edir. Tələbələri proqrama qoşulmağa səsləyən prorektor vurğulayıb ki, Prezident İlham Əliyevin dərin diplomatik səriştəsi və yüksək idarəçilik bacarığı Azərbaycan gənclərinə örnək və böyük məktəbdir.

Daha sonra “AzMUN” komandasının rəhbəri Leyla Məmmədzadə və komandanın üzvləri Günəş Əliyeva, Fəxri Həsənov və Fərhad Abbasov proqram haqqında təqdimatla çıxış ediblər. Bildirilib ki, “AzMUN” proqramı Azərbaycanda gənclərin diplomatik bacarıqlarının inkişaf etdirilməsi, onların bu istiqamətdə motivasiyası və bir-biri ilə aktiv əlaqələrinin qurulmasına xidmət edir.

Tədbirin sonunda tələbələr arasında BMT modeli simulyasiya oyunu təşkil edilib və müxtəlif suallarla, müzakirələrlə onların diplomatik bacarıqları yoxlanılıb.

Xəbər lenti